main-post-cover

    TikTok servisi uşaqlar üçün daha təhlükəsiz olacaq

    Sosial Media
    17.04.2020
    Emil Nəcəfov
        Qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş TikTok sosial şəbəkəsi öz məşhurluğunu artırmaqda davam edir. Sözügedən servisin istifadəçi kütləsinin böyük hissəsinin yeniyetmələr təşkil etdikləri üçün tərtibatçılar servis daxilindəki təhlükəsiz mühitini qorumaq üçün “Ailə ayarları” funksiyasını TikTok-a əlavə etmək qərarına gəlib. Bu barədə 4pda saytı xəbər verib.
        Ailə ayarları vasitəsilə valideynlər və yeniyetmələr təhlükəsizlik ayarlarını individual tələblərə uyğun təyin edə biləcəklər. Bu funksiya vasitəsilə valideyn öz istifadəçi hesabını övladının istifadəçi hesabı ilə birləşdirmək imkanına sahib olur. Beləliklə valideyn öz övladının istifadəçi hesabının bəzi təhlükəsizlik və konfidensiallıq ayarlarını əldə edə bilir. Bu özəlliklərə aşağıdakılar daxildirlər:
    - Tətbiqdən istifadə zamanının idarəolunması. Bu funksiya vasitəsilə valideyn öz övladının gün ərzində TikTok-da nə qədər zaman keçirtdiyini ayarlaya biləcək
    - Təhlükəsiz rejim. Arzuolunmaz kontentlərin baxılmasının məhdudlaşdırılması
    - Özəl yazışmaların ayarlanması. Bu funksiya vasitəsilə valideyn öz övladına mesaj göndərə biləcək şəxslərin sayını məhdudlaşdıra və ya mesaj yazmaq özəlliyini tamamilə deaktiv edə bilər.
        Ailə ayarlarını yalnız o zaman aktivləşdirmək mümkün olacaq ki, hər iki istifadəçi TikTok servisində qeydiyyatdan keçib və onlar öz istifadəçi hesablarının birləşdirilmələrinə razılıq veriblər. Sözügedən funksiya yaxın zamanda istifadəyə veriləcək. Bundan əlavə olaraq 30 aprel tarixindən başlayaraq TikTok-da 16 yaşından aşağı olan istifadəçilər üçün mesajların göndərilməsi və qəbul edilməsi funksiyası deaktiv ediləcək.
    Linki kopyala