Logo
    main-post-cover

    TikTok Shop rəqəmsal hədiyyə kartlarını istifadəyə verdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, TikTok Shop istifadəçilərin tətbiq daxilində məhsul almağı daha rahat şəkildə hədiyyə edə bilməsi üçün rəqəmsal hədiyyə kartları funksiyasını istifadəyə verib. Yeni xüsusiyyət dostlara və ailə üzvlərinə tətbiqdə mövcud olan milyonlarla məhsuldan seçim etmək imkanı yaradır.
        Bu yenilik bayram alış-verişi mövsümündə istifadəyə verilib ki, bu da TikTok-un alış platforması üçün kritik bir dövr hesab olunur. Rəqəmsal hədiyyə kartlarının istifadəyə verilməsi TikTok Shop-u AmazoneBay kimi nəhəng e-ticarət platformalarına daha birbaşa rəqibə çevirir. Şirkət son aylarda lüks məhsulların satışına başlaması ilə də e-ticarət bazarında mövqeyini gücləndirməyə çalışır.
        İstifadəçilər hədiyyə kartlarını 10–500 dollar aralığında yükləyə bilirlər. Kartların əsas fərqi isə onların animasiya edilmiş dizaynlarla fərdiləşdirilə bilməsidir. Ad günü, toy, təşəkkür və digər xüsusi günlər üçün müxtəlif animasiyalar mövcuddur. Hədiyyə kartları email vasitəsilə göndərilir və alıcının TikTok hesabının olması şərtdir. Kart aktiv edildikdən sonra məbləğ dərhal istifadəçinin TikTok Balance balansına əlavə olunur. Alıcı təşəkkür mesajı göndərə və hətta cavab olaraq özü də hədiyyə kartı yollaya bilər.
        Hazırda bu funksiya yalnız ABŞ bazarında aktivdir.
    Paylaş