main-post-cover

    TikTok Stories kontentlərini rahatlıqla Facebook və Instagram Stories-ə repost etmək mümkün olacaq

    Sosial Media
    19.08.2022
    Farid Pardashunas
        Facebook Instagram TikTok-u Reels vasitəsilə kopyalayaraq onunla rəqabət apardığı bir vaxtda TikTok hər iki sosial şəbəkəyə kontent hücumu ilə cavab verməyə qərar verib. Belə ki, TikTok-da yeni funksiya istifadəyə verilib və həmin funksiya TikTok Stories-dəki kontentləri birbaşa Facebook-un və Instagram-ın Stories bölmələrinə köçürtmək imkanını verəcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiya hələ ki, yeni istifadəyə verilib və bəzi istifadəçilər üçün o, yaxın zamanda aktiv olacaq. Beləliklə bu funksiya öz növbəsində TikTok-dan olan kontentləri Meta şirkətinin platformalarında daha çox rast gəlinən edəcək.
        Hələ bir neçə müddət budnan öncə Meta şirkəti qeyd etmişdi ki, Facebook və Instagram-da olan Reels bölməsində əsas üstünlük digər platformalardan olan repostlara deyil, orijinal kontentlərə veriləcək. Meta şirkətinin bu platformalarında olan alqoritmlər digər platformalardan olan repostları aşkar etmək üçün kontentlərdə həmin platformalara aid işarələri təyin edir. Məsələn TikTok videolarında videoservisin ikonu əks olunur.
        TikTok-da istifadəyə verilmiş yeni funksiya əsas platforma kimi TikTok-un özünü görən kontent yaradıcıları üçün çox faydalı olacaq. TikTok təmsilçiləri TikTok Stories kontentlərinin digər platformalarında repost olunma imkanını verən funksiyanın bütün istifadəçilər üçün nə zaman aktiv ediləcəyi barəsində məlumat verməyib. Bununla yanaşı qeyd etmək lazımdır ki, TikTok Stories-in özü də hələ beta test mərhələsindən çıxmayıb. Buna görə də TikTok Stories-in istifadəyə verilməsilə bəzi dəyişikliklər ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər