
TikTok Subscription adlı yeni monetizasiya funksiyasını anons edib
Sosial Media
24.09.2024
Emil
TikTok yeni monetizasiya funksiyasını anons edib. Yeni funksiya Subscription adlanır. Bu funksiya video müəlliflərə öz istifadəçiləri ilə müəyyən ödəniş qarşılığında eksklüziv kontentlərin bölüşülməsi imkanını verəcək. Sözügedən yeni funksiya Live Subscription adlı daha öncəki funksiyanın genişləndirilmiş versiyasıdır. Subscription funksiyası sayəsində video müəlliflər öz istifadəçilərinə 3 müxtəlif abunəlik versiyasını təklif edə biləcəklər. Onlardan hər biri isə istifadəçilərə müxtəlif eksklüziv kontentləri və bonusları təqdim edəcək.

İstifadəçilər eksklüziv kontentləri əldə etməklə yanaşı canlı yayımlarda iştirak edə və unikal stikerlərdən istifadə edə biləcəklər. Bundan əlavə olaraq abunəçilər kontent yaradıcısı ilə Sub Space adlı platformada ünsiyyət qura biləcəklər. Bu funksiyadan yararlanmaq üçün kontent yaradıcısı 18 yaşından aşağı, onun abunəçi sayı 10 000-dən aşağı, 1 ay öncə videolarının ümumi baxış sayı isə 100 000-dən aşağı olmamalıdır. Subscription funksiyası artıq bəzi ölkələrdəki bəzi kontent yaradıcıları üçün aktivdir. Yaxın zamanda bu funksiya tədricən bütün ölkələrdə istifadəyə veriləcək.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
