
TikTok-un ABŞ-da bloklanması mövzusu yenidən aktuallaşıb
Sosial Media
11.03.2024
Emil
Bu həftə ABŞ Nümayəndələr palatası yeni qanunvericilik layihəsini səsverməyə çıxaracaq. Reuters saytının vermiş olduğu məlumata əsasən yeni qanunvericilik layihəsi ByteDance şirkətini TikTok-un ABŞ biznesinin yerli şirkətlərdən birinə satılmasına məcbur etməyə hədəflənib. Məlumatda qeyd edilib ki, əks halda TikTok ABŞ ərazisində bloklanacaq. Qeyd etmək lazımdır ki, TikTok-un ABŞ ərazisində bloklanmasına hələ Donald Trump-ın prezidentlik dövründə cəhd göstərilmişdi.
Belə ki, ABŞ-ın keçmiş prezidenti sözügedən servisi ölkə ərazisində qadağan etməyə çalışırdı. Buna səbəb isə ByteDance şirkətinin amerikalı TikTok istifadəçilərinin özəl məlumatlarını Çin hökumətinə ötürə biləcəyi təhlükəsində idi. ByteDance öz növbəsində bildirib ki, o, amerikalı TikTok istifadəçilərinin özəl məlumatlarını Çin hökumətinə daha öncə ötürməyib və bunu gələcəkdə etmək kimi bir niyyətə sahib deyil. Bununla yanaşı şirkət əlavə edib ki, ABŞ Nümayəndələr palatası tərəfindən səsverməyə çıxarılaraq qanunvericilik layihəsinin təsdiqlənəcəyi halda TikTok-un ABŞ biznesinin satılmasına Çinin 100% razı olacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
