Logo
    main-post-cover

    TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib

    Sosial Media
    24.04.2024
    Farid
         Bu həftənin əvvəlində məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatası TikTok-un ABŞ ərazisində qadağan edilməsinə istiqamətlənmiş qanun layihəsini təsdiqləyib. İndi isə məlum olub ki, Nümqayəndələr palatasının ardıncı sözügedən qanun layihəsini həmçinin ABŞ Senatı da təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun sadəcə olaraq ABŞ prezidenti Joe Biden tərəfindən imzalanması lazımdır. Joe Biden isə öz növbəsində daha öncə bildirmişdi ki, bu qanun layihəsinin ABŞ Senatı tərəfindən təsdiqlənəcəyi halda o, qanun layihəsini imzalayacaq.
         Bloomberg-in sözlərinə əsasən TikTok-un ABŞ ərazisində bloklanması 170 milyon amerikalı TikTok istifadəçisinin söz azadlığı hüququnun pozulması səbəbilə konstitusiya konfliktinə səbəb ola bilər. Qanun layihəsinə əsasən TikTok-un sahibi olan ByteDance şirkəti məşhur servisi 1 il ərzində satmalıdır. Şirkət qeyd edilmiş müddət ərzində TikTok-un satışını reallaşdırmasa, servis ABŞ ərazisində bloklanacaq. ByteDance artıq bildirib ki, o, ABŞ hökumətinin bu qərarı ilə məhkəmə vasitəsilə mübarizə aparacaq. Bloomberg-in məlumatlarına əsasən Pekin çətin ki, TikTok-un satılmasına icazə versin. Bloomberg-in anonim mənbəyi qeyd edib ki, Çin TikTok-un dəyərli alqoritmləri ilə məlumatlarının amerikalıların əllərinə keçməsinə heç razı deyil.
    Paylaş