Reklam
TikTok-un ABŞ-da məhdudlaşdırılması və ya bloklanması yenidən aktual ola bilər

TikTok-un ABŞ-da məhdudlaşdırılması və ya bloklanması yenidən aktual ola bilər

Sosial Media
12.09.2022 PAYLAŞIM

    Bir neçə gün bundan öncə Los Ancelesdə keçirilmiş Code Conference adlı konfrans çərçivəsində böyük İT şirkətlərin əməkdaşları, mütəxəssislər və məmurlar TikTok-un, ABŞ-ın milli təhlükəsizliyinə zərər yetirə biləcəyi barəsində narahatlıq duyduqlarını dilə gətiriblər. Pew Research Center adlı tədqiqat mərkəzinin məlumatlarına əsasən TikTok aqressiv şəkildə Meta şirkətinin platformalarındakı cavan istifadəçiləri özünə tərəf çəkir. Bu ilin avqust ayına olmuş statistikalara əsasən TikTok ABŞ-ın yeniyetmə yaş kateqoriyasına daxil olan istifadəçiləri arasında Instagram Snapchat-dan daha məşhur olub. Bundan əlavə olaraq koronavirus pandemiyası sayəsində TikTok həmçinin daha yuxarı yaş kateqoriyasına aid olan istifadəçiləri də əhatə edə bilib. Bunun fonunda İT sahəsinin bəzi təmsilçiləri və siyasi xadimlər TikTok-un sürətlə böyüməsinə dair narahatlıq duqduqlarını qeyd ediblər. Onların fikirlərinə əsasən sözügedən platforma ölkənin milli təhlükəsizliyinə zərər vura bilər.

Snap şirkətinin CEO-su olan Evan Spiegel bu cür mövqeyin tərəfdarıdır. Onun sözlərinə əsasən ByteDance şirkəti TikTok-un ABŞ bazarında inkişaf etdirilməsi və irəli çəkilməsi üçün milyardlarla dollar vəsait sərf edir.

    “Şirkətlərin ABŞ-da və bütün dünyada buna çətinliklə reaksiya vermələrinin səbəbi TikTok-a olan investisiyaların miqyası ilə bağlıdır. ByteDance şirkətinin ABŞ bazarına bu qədər investisiya yatıracağını ABŞ-da heç kim gözləmirdi. Şirkət həmçinin Avropa bazarına da külli miqdarda investisiyalar yatırır və bu, inanılmaz görünürdü. Çünki heç bir startap bütün dünyadan olan istifadəçilərin cəlb edilməsi üçün milyardlarla dollar investisiyalar yatıra bilməz” - deyə Evan Spiegel qeyd edib. Google şirkətinin CEO-su Sundar Pichai TikTok-u Youtube platformasının yeni və ən böyük rəqiblərindən biri adlandırıb. O, qeyd edib ki, texnoloji sahədə rəqabət çox intensivdir və TikTok da daxil olmaqla bəzi rəqib platformalar sanki birdən-birə ortaya çıxırlar. İT sahə üzrə antimonopoliya qanunvericiliyinin hazırlanmasına rəhbərlik edən ABŞ Demokratlar Partiyasının senatoru Amy Klobuchar TikTok barəsində daha sərt nizamlanmanın ola biləcəyi üzrə xəbərdarlıq edib.


Minnesota ştatını təmsil edən senator da TikTok-un ABŞ-da daha sərt şəkildə nizamlanmasının mümkünlüyünü təsdiqləyib.

    Senator əlavə edib ki, ölkənin milli təhlükəsizliyinin təmin olunması yolunda TikTok-a qarşı bəzi tədbirlər görülə bilər. Senatorun sözlərinə əsasən sözügedən platforma nəhəng İT şirkətlərin miqyasına çatdıqda onun daha ciddi şəkildə idarəsi məsələsi aktual olacaq. Insider, Politico Protocol kimi xəbər agentliklərinin sahibi olan Axel Springer adlı şirkətin general direktoru Mathias Dopfner də TikTok-u sərt şəkildə tənqid edib. “TikTok hər bir demokratik ölkədə qadağan olunmalıdır. Mən hesab edirəm ki, bunu etməmək ağılsızlıq olar. Biz, Çin bazarına Facebook, Amazon Google ilə daxil ola bilmirik. Bəs nəyə görə biz onlara öz azad bazar iqtisadiyyatımızda dominant rolunda çıxış etməyə imkan verməliyik? Uzunmüddətli perspektivdə biz bu asılılığın nəticələrini görəcəyik və bu nəticələr təkcə biznesi əhatə etməyəcək. Mən düşünürəm ki, bu həmçinin böyük təsirə sahib siyasi nəticələr də olacaq” - deyə Mathias Dopfner qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..


Youtube interfeysində bəzi dəyişikliklər olacaq

Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb.


TikTok-da BeReal analoqu TikTok Now funksiyası istifadəyə veriləcək

Məşhur TikTok platforması TikTok Now adlı funksiyanı anons edib.


Telegram-da növbəti yeni imkanlar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənmənin təqdim edildiyini elan ediblər...

×