Logo
    main-post-cover

    TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib

    Sosial Media
    14.03.2024
    Emil
         ABŞ hökuməti öz ərazisində TikTok-un bloklanmasına və ya minimum ByteDance şirkətinin onu satmasına nail olmağa ciddi şəkildə hədəflənib. Məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr palatası TikTok-un ByteDance-dən ayrılmayacağı halda onun bloklanmasına hədəflənmiş qanun layihəsinin təsdiqini dəstəkləyib. Sözügedən qanun layihəsinin ABŞ Nümayəndələr palatası tərəfindən təsdiqlənməsinə baxmayaraq o hələ ABŞ Senatının təsdiqini əldə etməlidir.
         Joe Biden isə bir neçə müddət bundan öncə isə bildirmişdi ki, ABŞ Konqresi qanun layihəsini qəbul edəcəyi halda o bu qanun layihəsini imzalayacaq. ABŞ hökuməti narahatdır ki, TikTok amerikalı istifadəçilərin konfidensial məlumatlarını Çin hökumətinə ötürə bilər. TikTok öz növbəsində qeyd edib ki, o, ameriaklı istifadəçilərin konfidensial məlumatlarını Çində saxlamır və bu məlumatların əlavə təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə hazırdır. Görünür, ABŞ qanunvericiləri TikTok-un bu bəyanatlarına inanmayıblar.
    Paylaş