Logo
    main-post-cover

    TikTok-un ABŞ-dakı gələcəyi hələ də sual altındadır

    Sosial Media
    07.03.2025
    Emil
         ABŞ-da TikTok-un satışı üçün müəyyən edilmiş müddətin bitməsinə 1 aydan az vaxt qalsa da, onun çinli sahibi hələ də potensial alıcılarla danışıqlara başlamayıb. Bununla yanaşı, platformanı almaq istəyən şirkətlər maliyyə və texniki detallara çıxışın olmaması səbəbindən getdikcə daha çox narahatlıq keçirirlər. Məlumata əsasən vəziyyət həm də ABŞ administrasiyasının danışıqlar prosesində qeyri-müəyyən mövqeyi ilə daha da çətinləşir. Əvvəlcə sövdələşməyə ABŞ-ın maliyyə naziri Scott Bessent rəhbərlik edəcəyi gözlənilirdi, çünki o, ABŞ-da Xarici İnvestisiyalar Komitəsinin (CFIUS) rəhbəridir.
         Lakin indi təşəbbüsün vitse-prezident JD Vance keçdiyi görünür. Çin hakimiyyəti öz tərəfindən vəziyyətə dair rəsmi açıqlama vermir. Məlumatlı mənbələrdən biri isə danışıqları "dörd top ilə hoqqabazlıq etməyə bənzədib, onlardan biri isə görünməzdir" deyə təsvir edib. Müzakirə iştirakçıları müxtəlif sövdələşmə variantları təklif edirlər, lakin heç kim yekun formatın necə olacağından əmin deyil. Vaxt məhdudiyyətlərinə gəldikdə, görünən odur ki, 5 aprel son tarix deyil. Çünki Donald Trump daha əvvəl TikTok-un ABŞ-dakı fəaliyyətinə qoyulan qadağanı heç bir hüquqi əsas olmadan 75 gün uzatmışdı. Mütəxəssislərin fikrincə, bunun bir daha baş verməyəcəyinə inanmaq üçün heç bir səbəb yoxdur.
         Bundan əlavə, heç olmasa ilkin bir razılaşmanın imzalanması keçən il qəbul edilən qanuna əsasən müddətin uzadılmasına əsas yarada bilər. Bundan başqa, senator Edward Markey alış prosesinin əlavə 270 gün müddətinə təxirə salınmasını təklif edib. Lakin bu təşəbbüs hələ Konqresdə irəliləyiş əldə etməyib. Maraqlıdır ki, bu qeyri-müəyyənlik fonunda Trump TikTok-un alınması üçün ABŞ-ın suveren fondu yaradılması ideyasını açıq şəkildə irəli sürüb. Bu layihənin rəhbərliyi isə keçmiş Morgan Stanley top meneceri Michael Grimes tapşırılıb. Bununla belə, bir çox ekspertlər ABŞ-ın yüksək dövlət borcu səbəbindən bu təşəbbüsün reallaşmasının mümkün olmadığını düşünür.
    Mənbə: Axios
    Paylaş
    Bənzər xəbərlər
    britaniyada-tiktok-ve-diger-platformalar-ile-bagli-ciddi-arasdirmaya-start-verilib
    Tech-Biznes

    Britaniyada TikTok və digər platformalar ilə bağlı ciddi araşdırmaya start verilib

    Böyük Britaniya tənzimləyicisi TikTok, Reddit və Imgur kimi internet platformaları ilə bağlı araşdırma başladır. Bu addım bu sosial şəbəkələrin yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarından düzgün istifadə etməməsi ilə bağlı artan narahatlıqlar fonunda atılıb.
    bytedance-sirketi-abs-da-tiktok-uzerinde-idareetmeni-itirmek-istemir
    Tech-Biznes

    ByteDance şirkəti ABŞ-da TikTok üzərində idarəetməni itirmək istəmir

    Donald Trump tərəfindən TikTok-un ABŞ-dakı taleyini həll etmək üçün verilən möhlət aprel ayının əvvəlində başa çatır və danışıqlar aparan tərəflərin razılığa gəlmək üçün çox vaxtı qalmayıb.
    deepseek-in-istifadeci-melumatlarini-bytedance-sirketine-oturduyu-melum-olub
    Təhlükəsizlik

    DeepSeek-in istifadəçi məlumatlarını ByteDance şirkətinə ötürdüyü məlum olub

    Cənubi Koreya hökuməti DeepSeek tətbiqinin yüklənməsini qadağan edib, çünki aparılan rəsmi araşdırma istifadəçi məlumatlarının Çin şirkəti ByteDance-ə ötürüldüyünü aşkar edib.
    donald-trump-tiktok-un-abs-da-qadagasinin-texire-salinma-muddetini-uzada-biler
    Sosial Media

    Donald Trump, TikTok-un ABŞ-da qadağasının təxirə salınma müddətini uzada bilər

    TikTok-un ABŞ-da 19 yanvar tarixində qısa müddətlik qadağan edilməsi ilə bağlı hadisələr geniş şəkildə mətbuatda işıqlandırıldı. Ertəsi gün ABŞ prezidenti vəzifəsinə başlamış Donald Trump qadağanın qüvvəyə minməsini 75 gün, yəni 5 aprel tarixinə qədər təxirə saldı.
    tiktok-tetbiqi-abs-da-google-play-ve-apple-app-store-magazalarina-geri-qayidib
    Sosial Media

    TikTok tətbiqi ABŞ-da Google Play və Apple App Store mağazalarına geri qayıdıb

    Əvvəlcə gözlənilirdi ki, Çin şirkəti ByteDance öz biznesinin satışında razılığa gələ bilmədiyi üçün TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyəti 19 yanvardan etibarən qadağan ediləcək.