Logo
    main-post-cover

    TikTok-un ABŞ üçün xüsusi versiyası hazırlanır

    Sosial Media
    07.07.2025
    Emil
         TikTok ABŞ-da bloklanmaqdan, Oracle-ın da daxil olduğu investorlar qrupuna tətbiqin yeni versiyasının yaradılması və bu versiyada payın satılmasını nəzərdə tutan razılaşma sayəsində yayına bilər. Məlumatına görə, "M2" işçi adı ilə tanınan yeni tətbiq versiyası artıq 5 sentyabrda istifadəyə verilə bilər. TikTok-un qadağan olunması və ya satılması ilə bağlı qanun 2025-ci il yanvarın 19-da qüvvəyə mindikdən sonra tətbiq ABŞ ərazisində cəmi bir gün fəaliyyəti dayandırdı. Hazırda ABŞ rəsmiləri bildirirlər ki, tətbiqin bazarda qalmasına imkan verəcək sövdələşmənin yekunlaşması ərəfəsindədirlər - lakin bu, yenilənmiş formada olacaq.
         Bununla belə, son qərar Çin hökumətinə məxsusdur. Çin isə Donald Trump administrasiyası ilə, o cümlədən gömrük rüsumları mövzusunda, mübahisələri davam etdirir. Trump administrasiyası TikTok-un ABŞ versiyasına nəzarətin Çininiştirakı olmadan Oracle-ın da daxil olduğu investorlar qrupuna verilməsi ilə bağlı danışıqlar aparır. Bu zaman TikTok-un ana şirkəti olan ByteDance, xarici düşmənlər tərəfindən idarə olunan tətbiqlərdən amerikalıların qorunması haqqında qanuna uyğunluq üçün kifayət edən, lakin azlıq təşkil edən bir payı saxlayacaq. Daha əvvəl The Wall Street Journal ABŞ-ın Ümumi Xidmətlər İdarəsinin (General Services Administration, GSA) bəyanatına istinadən bildirmişdi ki, Oracle federal hökumətlə razılaşma imzalayıb.
         Bu razılaşmaya əsasən, dövlət qurumlarına Oracle-ın lisenziyalı proqram təminatında 75% endirim təklif olunacaq. Mütəxəssislər bu razılaşmanı misilsiz adlandırıblar. Bildirilir ki, TikTok-un daxilində yeni tətbiqin hazırlanması artıq aparılır. Məlumata görə, köhnə versiyanın tətbiq mağazalarından silinməsi yeni versiyanın istifadəyə verilməsi ilə eyni vaxtda baş tutacaq və tətbiq tam olaraq 2026-cı ilin mart ayında fəaliyyətini dayandıracaq. Xatırladaq ki, iyun ayının sonunda Donald Trump mümkün qadağa müddətini üçüncü dəfə uzadaraq onu sentyabrın ortalarına qədər təxirə salıb.
    Paylaş