
TikTok-un Apple Vision Pro üçün tətbiqi istifadəyə verilib
Sosial Media
16.02.2024
ByteDance şirkəti TikTok-un Apple Vision Pro üçün nəzərdə tutulmuş xüsusi versiyasını anons edib. Vision Pro üçün TikTok-u artıq App Store platforması üzərindən yükləmək olar. Vision Pro-da TikTok-a daxil olan zaman tətbiq iki pəncərəni təqdim edir. Birinci pəncərədə videolar, ikinci pəncərədə isə rəylər, profil və digər faydalı məlumatlar əks olunur. TikTok-un mobil versiyasında olduğu kimi Vision Pro-da da videolar əlin şaquli hərəkəti ilə sürüşdürülür.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...