Reklam
TikTok-un aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

TikTok-un aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib

Sosial Media
28.09.2021 PAYLAŞIM

    Məşhur TikTok servisi vacib nailiyyətin əldə olunduğunu elan edib. Belə ki, TikTok-un verdiyi məlumata əsasən onun platformasına hər ay 1 milyarddan çox aktiv istifadəçi daxil olur. TikTok-un geniş məşhurluğu hələ bir neçə müddət bundan öncə Facebook Youtube platformalarının bənzər servisi işə salmağa məcbur etmişdi. Lakin onlardan heç biri TikTok kimi geniş məşhurluq qazana bilmədi. Qeyd etmək lazımdır ki, ilk əvvəl TikTok platforması istifadəçilərin öz qısa musiqili kliplərini yaratmağa imkan verən servis kimi işə düşmüşdü. İstifadəçilər servisin bazasında mövcud olan musiqilərdən istifadə edərək qısa videolar yarada bilirdilər.

    Son bir neçə il ərzində isə TikTok öz funksionallığını genişləndirməyə başladı və istifadəçilərin üstün tutduqları kontentlər əsasında onları birləşdirən platformaya çevrildi. TikTok istifadəçilərin əsas diqqətlərini koronavirus pandemiyası çərçivəsində cəlb etmişdi. Belə ki, pandemiya zamanı istfadəçilər öz evlərindən çıxmadan müxtəlif əyləncə növlərinin axtarışında idilər. TikTok isə bu cür əyləncə növlərindən birinə çevrildi. Lakin keçən il TikTok servisi ABŞ-da bloklanma təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump Çindən olan bir sıra servislərin ABŞ ərazisində bloklanmasına qərar vermişdi. TikTok da həmin siyahıda idi. Lakin ABŞ-ın hal hazırki prezidenti Joe Biden sözügedən qərarı ləğv etdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×