
TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə təqdim ediləcək
Sosial Media
23.05.2023
Emil
TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın məsləhət xarakterli alqoritmini təqdim etməyə söz verib. Qeyd etmək lazımdır ki, Oracle şirkəti TikTok-un ABŞ-dakı partnyoru rolunda çıxış edir. TikTok-un bu addımı ABŞ hökumətinin servis tərəfindən ölkənin milli təhlükəsizliyinə ola biləcək risklər barəsində narahatlıqlarını yumşaltmaq üçün nəzərdə tutulub. Servisin mənbə kodunu və məsləhət xarakterli alqoritmini əldə etməklə yanaşı Oracle şirkəti həmçinin TikTok–un ABŞ üzrə bulud infrastrukturundan keçən məlumatları da monitorinq edəcək. Bu addımlar Project Texas layihəsi çərçivəsində atılır. Project Texas layihəsi isə öz növbəsində amerikalı TikTok istifadəçilərin konfidensial məlumatlarının Çindən kənarlaşdırılması üçün nəzərdə tutulub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
