TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
Sosial Media
01.05.2024
Farid
Dünyanın ən məşhur sosial platformalarından biri olan TikTok Türkiyədə qadağan edilə bilər. Belə ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının deputatı Halil Öztürk ölkədə TikTok-un bloklanmasını tələb edib. Halil Öztürk-ün sözlərinə əsasən Milliyətçi Hərəkat Partiyası TikTok-un Türkiyə ərazisində fəaliyyətini dayandırmağa imkan verəcək qanun layihəsini hazırlayır. Öztürk bildirib ki, hazırlanan qanun layihəsi milli mədəniyyətin və dəyərlərin qorunmasına istiqamətlənmiş vacib addımların bir hissəsinə çevriləcək.
“Türkiyədə 30 milyon insanın istifadə etdiyi tətbiq türk ailə dəyərlərinə və ictimai struktura zidd olan kontentləri özündə birləşdirir. Türk millətinin mədəni irsinin məhvinə istiqamətlənmiş bütün növ elementlərə qarşı tədbirlər görülməlidir” - deyə Halil Öztürk qeyd edib.
Deputat qeyd edib ki, bu məşhur platformada ədəbsiz kontentlər yerləşdirilir və uşaqlar üzərində zorakılıq halları yaşanır. Onun fikrincə məhz bu səbəbdən TikTok Türkiyə ərazisində qadağan olunmalıdır. O həmçinin əlavə edib ki, TikTok-a qarşı üstəlik məhkəmə istintaqlarına da start verilib. Qeyd etmək lazımdır ki, keçən həftə ABŞ prezidenti Joe Biden da sözügedən məşhur platformanın ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsini imzaladı. İmzalanmış qanun layihəsinə əsasən TikTok-un sahibi olan ByteDance şirkəti 270 gün ərzində onu satmalıdır. Əks halda TikTok ABŞ ərazisində bloklanacaq.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
Dünən məlum oldu ki, ABŞ prezidenti Joe Biden, TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin sənədini imzalayıb.
Sosial Media
Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
Dünən məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatasının ardınca ABŞ Senatı da TikTok-un ABŞ ərazisində bloklanmasına hədəflənmiş qanun layihəsinin qəbulunu təsdiqləyib.
Sosial Media
TikTok-un ABŞ-da bloklanması qanunu ABŞ Senatı tərəfindən təsdiqlənib
Bu həftənin əvvəlində məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatası TikTok-un ABŞ ərazisində qadağan edilməsinə istiqamətlənmiş qanun layihəsini təsdiqləyib.
Nəqliyyat
Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
ABŞ-da yaşayan bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək avtonom avtomobilləri trollayıb və bu anları öz sosial media hesabında paylaşıb.
Sosial Media
ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşıb
Keçən həftənin sonunda ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşdı.
Ən çox oxunanlar