
TikTok uzun xronometraja sahib videoların monetizasiyası üçün yeni proqramaı test etməyə başlayıb
Sosial Media
22.02.2023
Emil
TikTok kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni monetizasiya üsulunu test etməyə başlayıb. Söhbət, Creativity Program adlı proqramdan gedir. Bu proqramda iştirak etmək üçün TikTok istifadəçisi 18 yaşında olmalı, abunəçilərin və videoların izlənmə sayı üzrə müəyyən nəticələrə sahib olmalıdır. Ən əsası da odur ki, istifadəçi 1 dəqiqədən artıq xronometraja sahib orijinal və keyfiyyətli videolar hazırlamalıdır. Creativity Program adlı yeni monetizasiya proqramı ABŞ, Fransa və Braziliyada beta test mərhələsindədir və ilkin mərhələdə ona yalnız dəvət vasitəsilə qoşulmaq mümkün olacaq. TikTok-un bu mövzuda daha uzun xronometraja sahib videolara böyük diqqət ayırması çoxları üçün gözlənilməz ola bilər.
Çünki nəticə etibarilə məhz TikTok digər video platformalara qısa videoların nə qədər vacib olduqlarını göstərmiş olan bir platformadır. Lakin görünür, canlı yayımlar da daxil olmaqla daha uzun xronometraja sahib kontentlər gələcəkdə TikTok üçün daha vacib olacaq. Bununla yanaşı TikTok test olunan yeni monetizasiya proqramının miqyası və onun vasitəsilə kontent yaradıcılarının nə qədər vəsait qazanacaqları barəsində konkret bir məlumat təqdim etməyib. Original Fund proqramının iştriakçıları Creativity Program-a keçid edə bilərlər. Lakin bu halda onlar Original Fund-a geri qayıda bilməyəcəklər. Qeyd etmək lazımdır ki, Original Fund 2020-ci ildə anons edilmişdi və bu proqram 1 milyard dollar büdcəni özündə birləşdirirdi. TikTok bildirmişdi ki, bu vəsait 3 il ərzində proqram iştirakçıları arasında bölüşdürüləcək.
Paylaş
Bənzər xəbərlər