Logo
    main-post-cover

    TikTok və Snap “asılılıq” iddiası üzrə məhkəmə işini razılaşma ilə bağladı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, TikTokSnap sosial şəbəkələrin istifadəçiləri qəsdən asılı vəziyyətə saldığı iddiası ilə bağlı açılmış səs-küylü məhkəmə işində razılaşmaya gedib.
    Group of multiracial teenage college friend students ignoring each other looking at mobile phone.
        Bazar ertəsi axşamı TikTok məhkəmə prosesini razılaşma yolu ilə bağlayıb. Bir həftə əvvəl isə eyni addımı Snap atmışdı. Bununla belə, işin digər cavabdehləri olan MetaYouTube üçün proses davam edir və artıq çərşənbə axşamı münsiflərin seçimi ilə məhkəmə mərhələsi başlayır. İşin mərkəzində hazırda 19 yaşı olan və məhkəmə sənədlərində K.G.M. baş hərfləri ilə qeyd edilən gəncin iddiası dayanır. İddiaya görə, sosial media platformaları məhsullarını bilərəkdən asılılıq yaradacaq şəkildə dizayn edib və bu da istifadəçilərə psixoloji zərər vurub. Bu məhkəmə işi oxşar iddialarla açılmış onlarla proses üçün presedent ola bilər.
        Məhkəmədə Meta şirkətinin rəhbəri Mark ZuckerbergYouTube platformasının rəhbəri Neal Mohan-ın şahid qismində ifadə verəcəyi gözlənilir. Bu isə prosesin həm hüquqi, həm də ictimai baxımdan daha böyük diqqət çəkməsinə səbəb olur. Qeyd edək ki, TikTokSnap-in razılaşmaya getməsi ittihamları qəbul etdikləri anlamına gəlmir. Şirkətlər iddiaçı ilə məhkəmədən kənar anlaşmaya gəlib, lakin razılaşmanın maliyyə və digər detalları açıqlanmır.
    Paylaş