Travis Kalanick-dən, 'Uber'ə qayıtmaq üçün daha bir addım. O, digər şirkət ilə nüfuzunu düzəltməyə çalışır

Travis Kalanick-dən, 'Uber'ə qayıtmaq üçün daha bir addım. O, digər şirkət ilə nüfuzunu düzəltməyə çalışır

Sosial Media
06.08.2017 PAYLAŞIM

“Uber” şirkətinin keçmiş CEO-su Travis Kalanick öz nüfuzunu yaxşılaşdırmaq üçün “Teneo” adlı nüfuz konsaltinqinə müraciət edib.

Qeyd etmək lazımdır ki, “Teneo”, top menecer və CEO-ların nüfuzlarının yaxşılaşdırılması sahəsində müxtəlif xidmətlər təklif edir. Məlumata əsasən bu şirkət vaxtı ikən Bill Hillary Clinton ilə çalışıb. Şirkətin saytına nəzər yetirəndə görmək olar ki, onun təqdim etdiyi xidmətlərdən biri də KİV (Kütləvi İnformasiya Vasitələri) vasitəsilə nüfuzun yaxşılaşdırılmasıdır. “Teneo” özü təsdiq edib ki, Travis Kalanick, şirkətin müştərilərindən biridir. Travis-in, “Teneo”nun, “Uber”də çalışdığı və ya ordan çıxdığı vaxtdan sonra müştərisi olduğu məsələsi bilinmir. Məlumata əsasən şirkətin təqdim etdiyi xidmətlərin vəsaitlərini Kalanick öz cibindən ödəyir. Nəzərinizə çatdıraq ki, Travis Kalanick, İyun ayında “Uber”dən getmişdi. KİV-lərin verdikləri məlumatlara əsasən onun getməsinin əsas səbəbi, şirkət səhmdarlarının təzyiqi olmuşdu. Qeyd etmək lazımdır ki, son vaxtlarda şirkətin adı bir sıra münaqişələrdə hallandı. Travis-in getdişindən sonra şirkətin bir sıra top menecerləri onun qayıtması üçün ərizə yazdılar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×