Tumblr servisi istifadəçilərə 8$ qiymətinə iki ədəd göy rəngli ikon almağı təklif edib
Sosial Media
11.11.2022
Farid Pardashunas
Mikrobloq servisi olan Tumblr istifadəçilərə göy rəngli iki vacib ikonu 8$-a almağı təklif edib. Həmin ikonlar istifadəçilərin adlarının yanında əks olunacaqlar. Qeyd etmək lazımdır ki, Twitter Blue abunəliyinin qiyməti aylıq 8$ təşkil edir və bu halda Twitter istifadəçiləri öz hesablarını təsdiqləmiş olurlar. Görünür, Tumblr Twitter-i bir qədər trolluyub. Tumblr öz təklifində qeyd edib ki, bu qiymət göstəricisi digər yerlərdə olan qiymət göstəricisindən daha sərfəlidir. Belə ki, Tumblr-da siz 8$ ödəməklə öz bloqunuz üçün 2 ədəd göy rəngli ikon əldə edirsiniz. Bununla yanaşı Tumblr-da qeyd edilib ki, bu, təsdiqləmə ikonu deyil və o, istənilən an balqabaq ikonuna çevrilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)