
TWIT sözünün hüquqi sahibi Twitter-i məhkəməyə verdi
Sosial Media
17.01.2018
Emil
Videolar üçün This Week in Tech (TWIT) şousunu və platformasını yaratmış Leo Laporte, ticarət nişanının istifadəsi hüququnun pozulması ilə bağlı Twitter sosial şəbəkəsini məhkəməyə verib.
Bu barədə Techcrunch saytı xəbər
verib. TWIT platforması 2005-ci ildən fəaliyyət göstərir. Twitter-in 2006-cı
ildə istifadəyə verilməsindən öncə şirkətin həmtəsisçisi Evan Williams Laporte-yə
brenddən birgə istifadəni təklif etmişdi. O güman edirdi ki, TWIT və Twitter sözlərinin
oxşarlığından münaqişə yarana bilər. Williams və Laporte hər iki layihənin öz
adları altında fəaliyyət göstərməsi barəsində razılığa gəlmişdilər. Belə ki,
onlar fərqli növ kontentlərin yayılmasına şərait yaradırlar.

Laporte ilə söhbətində
Williams öz layihəsini mətnli mikroblog servisi kimi qələmə vermiş və Twitter brendi
altında audio ilə video kontentin işə salınmasını planlaşdırmırdı. 2010-cu ildə
isə Williams şirkətdən
getdi. Keçən ilin May ayında Twitter
orijinal video servisinin anonsunu etmişdi. Bu hadisədən sonra TWIT platformasının vəkilləri şirkətdən bu barədə
açıqlama verməsini tələb etmişdilər. Lakin bu danışıqlar nəticəsiz olmuşdur.
İndi isə TWIT Twitter-dən öz brendindən
video layihələrdə istifadənin və onlardan vəsait qazanmağın
dayandırılmasını tələb edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
