Logo
    main-post-cover

    Twitter Blue abunəliyi dünyanın bütün istifadəçiləri üçün aktivləşib

        Twitter özünün Twitter Blue adlı abunəliyinin tədricən istifadəyə verilməsi prosesini dayandırıb. Beləliklə sosial şəbəkə öz abunəliyini artıq hamı üçün aktivləşdirib. Bu isə o deməkdir ki, dünyada istənilən şəxs artıq Twitter Blue abunəliyini əldə edə bilər. Bundan əlavə olaraq sosial şəbəkə boz rəngdə təsdiqləmə işarəsinin əldə edilməsi üçün dövlət təşkilatları və rəsmi üzvlərdən, o cümlədən qızıl rəngli təsdiq işarəsinin əldə edilməsi üçün isə şirkətlərdən olan sorğuları qəbul etməyə başlayıb. 1 illik Twitter Blue abunəliyini əldə edənlər üçün aylıq ödəniş haqqı 7$, aylıq əldə edənlər üçün isə 8$ təşkil edir.
        Bununla belə qeyd etmək lazımdır ki, sözügedən abunəliyi Twitter-in tətbiqi daxilində almaq istəyənlər aylıq 11$ ödəməli olacaqlar. Belə ki, bu məsələdə App Store ilə Google Play platformalarının 30%-lik komissiyaları var. Twitter Blue abunəliyini əldə etmiş istifadəçi verification prosesindən keçir və nəticədə onun sosial şəbəkədəki adı qarşısında göy rəngli təsdiq işarəsi əks olunur. Əlavə olaraq qeyd etmək lazımdır ki, Twitter Blue abunəçiləri 4000 simvola sahib uzun tweet-lər paylaşa bilərlər. Lakin abunəçilərin sahib olduqları üstünlüklər bununla bitmir. Belə ki, onlar göndərilmiş mesajları redaktə etmək imkanına sahib olurlar.
    Paylaş
    Bənzər xəbərlər