Logo
    main-post-cover

    Twitter daxilində kontentlərin monetizasiya imkanı işə salınıb

    Sosial Media
    14.04.2023
        Elon Musk elan edib ki, Twitter istifadəçiləri artıq öz kontentlərinin monetizasiyası üçün sorğu göndərə bilərlər. Bunun sayəsində məşhur istifadəçilər öz abunəçilərinə eksklüziv kontentlərə sahib abunəliyi sata biləcəklər. Musk bildirib ki, Twitter daxilində kontentlərin monetizasiyası proqramı çərçivəsində istifadəçilər istənilən növ kontent vasitəsilə gəlir əldə edə biləcəklər. Uzun tweet-lərdən tutmuş, uzun xronometraja sahib videolara kimi.
        Kontentlərin monetizasiyasını reallaşdırmaq üçün istifadəçi sosial şəbəkənin ayarlarında “Monetization” bölməsinə daxil olub təlimatları yerinə yetirməlidir. Musk-ın sözlərinə əsasən növbəti 1 il ərzində sosial şəbəkə öz kontentlərini monetizasiya edən istifadəçilərdən komissiya əldə etməyəcək. Musk həmçinin söz verib ki, sosial şəbəkə kontent yaradıcılarının kontentlərini irəli çəkməkdə yardımçı olacaq. Bunun sayəsində kontent yaradıcıları öz hesablarını inkişaf etdirə biləcəklər. Qeyd etmək lazımdır ki, Twitter daxilində kontentlərin monetizasiyası imkanı hal hazırda yalnız ABŞ-da aktivdir. Lakin sosial şəbəkə bildirib ki, o bu imkanın digər ölkələrdə də istifadəyə verilməsi üzərində çalışır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Twitter daxilində kontentlərin monetizasiya imkanı işə salınıb | Technote