main-post-cover

    Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

    Sosial Media
    05.05.2021
    Emil Nəcəfov
        Twitter öz tətbiqinin Android iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib. Spaces adlı servis Clubhouse analoqudur və o, sosial şəbəkənin daxilində qrup audioçatlarını yaratmağa imkan verir. Beləliklə Twitter istifadəçiləri tətbiq daxilində bu cür qruplar yaradaraq öz aralarında müxtəlif mövzular üzrə ünsiyyət qura bilərlər. Qrup çatlarında iştirak edən dinləyicilər emojilər vasitəsilə spikerlərə reaksiya bildirə bilərlər.
        Bundan əlavə olaraq onlar audioçatda aparılan hansısa müzakirəyə də qoşulma imkanına sahib olurlar. Gələcəkdə tərtibatçılar bu servisin imkanlarını genişləndirməyi planlaşdırırlar. Hal hazırda Twitter daxilində qrup audioçatlarını yalnız 600 və daha yuxarı abunəçisi olan istifadəçi hesabları yarada bilirlər. Çox güman ki, yaxın zamanda bu cür məhdudiyyət aradan qaldırılacaq. Qeyd etmək lazımdır ki, Twitter sözügedən funksiyanı hələ keçən ilin dekabr ayından test edirdi. Həmin vaxtda servis məhdud sayda istifadəçi üçün aktiv idi.
    Linki kopyala