Logo
    main-post-cover

    Twitter-də 1 milyarddan çox istifadəçi hesabı həmişəlik silinəcək

    Sosial Media
    13.12.2022
    Emil
        Twitter-in yeni sahibi Elon Musk bildirib ki, yaxın zamanda sosial şəbəkədən 1.5 milyard istifadəçi hesabı həmişəlik silinəcək. Söhbət, uzun illər ərzində aktiv olmayan istifadəçi hesablarından gedir. Bu barədə məlumatı Musk öz Twitter hesabında verib. O təsdiqləyib ki, uzun illər ərzində heç bir tweet paylaşmamış və ümumiyyətlə daxil olunmayan istifadəçi hesabları həmişəlik silinəcəklər. Görünür, istifadə edilməyən istifadəçi hesabları sosial şəbəkənin əlavə resurslarını sərf edirlər və bu səbəbdən də Musk həmin istifadəçi hesablarından qurtulmaq qərarını verib.
        Qeyd etmək lazımdır ki, Musk oktyabr ayının sonundan Twitter-ə rəhbərlik edir. Onun bu sosial şəbəkədə CEO vəzifəsində çalışmağa başladığı müddətdən indiyənə kimi sosial şəbəkə ilə bağlı vermiş demək olar bütün qərarlar diqqət mərkəzində olub. İlk öncə o, sosial şəbəkənin keçmiş rəhbərliyini işdən azad etdi. Daha sonra isə Twitter-dən çoxlu sayda işçi işdən azad edildi. Aydın məsələdir ki, Musk-ın bu cür sərt idarəetmə strategiyası çoxlarını qane etmir. Lakin bununla belə o, yaxın bir neçə il ərzində Twitter-in aylıq aktiv istifadəçi kütləsini 1 milyarda, ümumi gəlirini isə 5 dəfə yüksəltməyi hədəfləyib.
    Paylaş
    Bənzər xəbərlər