Logo
    Twitter-də adi istifadəçilər gün ərzində məhdud sayda mesaj göndərə biləcəklər

    Twitter-də adi istifadəçilər gün ərzində məhdud sayda mesaj göndərə biləcəklər

    Sosial Media
    24.07.2023
        Twitter öz platforması daxilində müxtəlif gəlir mənbələrini test etməyə davam edir. Verilmiş məlumata əsasən sosial şəbəkədə təsdiqləmə prosesindən keçməmiş adi istifadəçilər yalnız məhdud sayda mesaj göndərə biləcəklər. Yəni söhbət, Twitter Blue abunəliyinə sahib olmayan istifadəçilərdən gedir. Şirkət bildirib ki, bu, soisial şəbəkə daxilində yayılan spamların sayını aşağı salmaq üçün edilir. Bununla belə Twitter Blue istifadəçiləri istədikləri sayda mesaj göndərə biləcəklər. Twitter Blue abunəliyinə sahib olmayan hesabların gün ərzində hansı sayda mesaj göndərə biləcəkləri barəsində məlumat verilməyib. Lakin bu məhdudiyyət böyük ehtimal ilə artıq işə salınıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Twitter-də adi istifadəçilər gün ərzində məhdud sayda mesaj göndərə biləcəklər