Logo
    main-post-cover

    Twitter-də gün ərzində oxunan tweet-lərə nəyə görə say limiti tətbiq edilib?

        Bir neçə gün bundan öncə məlum oldu ki, Twitter-də oxunulan tweet-lərin sayına məhdudiyyət tətbiq edilib. Yəni istifadəçilər gün ərzində yalnız müəyyən sayda tweet-lər oxuya bilərlər. Bu cür qərar Twitter istifadəçiləri üçün ani olub. Şirkət isə bildirib ki, o bu dəyişiklik barəsində daha öncədən xəbər verə bilməzdi. “Biz sosial şəbəkənin bu mövzuda fəaliyyətini platformaya zərər yetirən botların və xoş niyyətə sahib olmayan istifadəçilərin təyin edilməsi üçün məhdudlaşdırmalı olduq. Bu cür tədbirlər barəsində daha öncədən istənilən xəbərdarlığın edilməsi isə pis niyyətli şəxslərin platforma daxilində davranışlarını dəyişməyə və nəticədə onların təyin edilməsinin çətinləşməsinə səbəb ola bilər” - deyə Twitter təmsilçiləri qeyd ediblər.
        Bu cür bəyanata baxmayaraq istifadəçilərin müəyyən hissəsi bu bəyanata şübhə ilə yanaşdıqlarını qeyd ediblər. Sözügedən məhdudiyyət işə salınan zaman Elon Musk qeyd etmişdi ki, məhdudiyyətin əsas məqsədi süni zəka sistemlərini Twitter-dəki məlumatlar vasitsəilə təlimatlandırmağa çalışan istifadəçilərin və şirkətlərin təyin olunmasındadır. Məlumatda qeyd edilib ki, bu məhdudiyyət sosial şəbəkənin istifadəçi kütləsinin yalnız kiçik hissəsini əhatə edib. Şirkət bu prosesin yekunlaşacağı zaman ətraflı məlumatın təqdim ediləcəyinə söz verib.
        Mütəxəssislər güman edirdilər ki, gündəlik oxunan tweet sayında limitin təyin edilməsi öz növbəsində reklam elanlarının istifadəçilərə çatdırılmasında problemlər yaradacaq. Bu isə reklamçıların narazılıqlarına səbəb olacaq və nəticədə sosial şəbəkənin reklam gəlirləri aşağı düşəcək. Lakin şirkət bildirib ki, təyin edilmiş məhdudiyyət platformanın reklam biznesinə minimal şəkildə təsir göstərib. Sözügedən məhdudiyyətin nə zamana qədər davam edəcəyi isə bilinmir.
    Paylaş
    Bənzər xəbərlər