Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Sosial Media
04.06.2021 PAYLAŞIM

    Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib. İndi isə şirkət sözügedən ödənişli abunəlik sistemini rəsmi şəkildə təqdim edib. Twitter Blue adlı yeni ödənişli abunəlik istifad'çinin imkanlarını genişləndirmək üçün nəzərdə tutulub. Məsələn istifadəçi bu abunəlik sisteminə qoşularaq Undo Send adlı funksiyanı əldə edəcək. Sözügedən funksiya tweet-in paylaşılmasına 30 saniyə taymer təyin etməyə imkan verir. Başqa sözlə desək, istifadəçi hər hansı bir tweet-in 30 saniyə öncədən paylaşılmasını planlaşdıra bilər.


    Əgər istifadəçi bu və ya digər səbəbdən tweet-i paylaşmaqdan imtina etmək istəsə, onun 30 saniyə vaxtı olacaq. Bundan əlavə olaraq ödənişli abunəlik sisteminə təkmilləşdirilmiş qovluqlar da daxildir. İstifadəçi həmin qovluqlarda tweet-ləri mövzulara görə sıralaya bilər. Bununla yanaşı istifadəçi tətbiqin ikonunu və interfeysin rəng çalarını dəyişə bilər. Şirkət bildirib ki, gələcəkdə Twitter Blue daxilindəki imkanlar daha da genişləndiriləcək. Lakin onların arasında tweet-in redaktə etmək mümkünlüyünün olub-olmayacağı bilinmir. Sözügedən ödənişli abunəlik sistemi artıq ABŞ-da, Kanadada və Avstraliyada istifadəyə verilib. Twitter Blue-nun aylıq abunəlik haqqı 2.99$ təşkil edir. Sistemin digər ölkələrdə daha sonra istifadəyə veriləcəyi bildirilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×