
Twitter-də oxunan tweet-lərin sayına limit tətbiq edilib
Sosial Media
03.07.2023
Emil
Twitter-də istifadəçilərin gün ərzində oxuduqları tweet-lərin sayı məsələsində müddətli məhdudiyyət tətbiq edilib. Keçən həftənin sonunda Twitter istifadəçiləri şikayətlənməyə başladılar ki, onlar sosial şəbəkənin ana səhifəsindəki paylaşımları görə bilmirlər. Lakin müəyyən müddətdən sonra məlum oldu ki, bu, Twitter-in yeni qaydaları ilə əlaqədardır. Belə ki, sosial şəbəkə istifadəçilərin gün ərzində oxuduqları tweet-lərin sayına limit tətbiq edib. Bu limit həm adi istifadəçiləri həm də Twitter Blue istifadəçilərini əhatə edib.
Sosial şəbəkə ilk növbədə Twitter Blue istifadəçiləri üçün günlük 6000 tweet, Twitter Blue abunəliyinə sahib olmayan istifadəçilər üçün 600 tweet, qeydiyyatdan keçmiş, lakin təsdiqlənməmiş istifadəçilər üçün isə 300 tweet limitini təyin etdi. Lakin daha sonra Elon Musk qeyd etdi ki, limit göstəriciləri genişləndiriləcək. Belə də oldu. Belə ki, sosial şəbəkə Twitter Blue istifadəçiləri üçün günlük 10 000 tweet, Twitter Blue abunəliyinə sahib olmayan istifadəçilər üçün 1000 tweet, qeydiyyatdan keçmiş, lakin təsdiqlənməmiş istifadəçilər üçün isə 500 tweet limitini təyin etdi. Musk-ın sözlərinə əsasən bu məhdudiyyət müəyyən müddət üçün nəzərdə tutulub və o, öz neyron şəbəkələrini tweet-lər əsasında təlimatlandıran şirkətlərlə mübarizəyə istiqamətlənib.
Paylaş
Bənzər xəbərlər