main-post-cover

    Twitter-də paylaşımların monetizasiyası üçün daxili valyuta istifadəyə veriləcək

    Sosial Media
    12.01.2023
    Farid Pardashunas
        Twitter istifadəçiləri sosial şəbəkə üçün hələ anons edilməmiş iki yeniliyi aşkar ediblər. Aşkar edilmiş yeniliklər yaxın zamanda Twitter-də istifadəyə verilə bilər. Hər iki yenilik istifadəçilərin öz abunəçilərindən hədiyyələr qəbul edərək paylaşımları hesabına gəlir əldə etməklə əlaqəlidir. Təqdim edilmiş screenshot fotolara əsasən birinci yenilik Twitter Coin adını əldə edib. Sözügedən yenilik sosial şəbəkə daxilində artıq mövcud olan Tips funksiyasının imkanlarını genişləndirir və keyfiyyətli kontentlər paylaşan istifadəçilərin dəstəklənməsi üçün nəzərdə tutulub.
        Screenshot fotolarda sosial şəbəkə daxilində istifadəyə veriləcək valyutanın loqosunu, elektron portmanatı və coinlərin əldə edilməsi menyusunu görmək olar. Awards adlı ikinci yenilik barəsində ətraflı bir məlumat yoxdur. Güman olunur ki, Awards funksiyası sosal şəbəkə daxilində Twitter Coin vasitəsilə hədiyyələrin əldə edilməsi imkanını verəcək. Əldə ediləcək hədiyyələrin nəticədə gəlir gətirib-gətirməyəcəkləri və ya paylaşımların ana səhifədə ön plana çıxarılmasını təmin edib-etməyəcəkləri bilinmir. Hələ bir neçə müddət bundan öncə Elon Musk qeyd etmişdi ki, Twitter bütün növ kontent yaradıcıları üçün müəyyən monetizasiya funksiyası üzərində çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər