main-post-cover

    Twitter-də saxta istifadəçi hesabları ömürlük bloklanacaq

    Sosial Media
    21.11.2022
    Farid Pardashunas
        Elon Musk qeyd etmişdi ki, o, daha öncə Twitter-də bloklanmış istifadəçi hesablarını bərpa edəcək. Məsələn ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın Twitter-dəki hesabı artıq bərpa olunub. Bununla yanaşı Musk hansı istifadəçi hesablarının həmişəlik bloklanacaqlarını açıqlayıb. O bildirib ki, əsl hesabları imitasiya edən saxta hesablar həmişəlik bloklanacaq və bu cür hesabları bərpa etmək mümkün olmayacaq. İstisna kimi yumoristik hesablar çıxış edə bilərlər. Bu qərar göy təsdiq ikonuna sahib analiz edilmiş bir neçə istifadəçi hesabının adının daha sonradan Musk-a dəyişdirilməsi nəticəsində qəbul edilib.
        Beləliklə bundan sonra Twitter-də əsl istifadəçi hesablarının klonlarının yaradılması qadağan ediləcək. Daha öncə Twitter-də bu cür məhdudiyyətlər formal olaraq tətbiq olunurdu və müəyyən istifadəçi hesabının həmişəlik bloklanmasını təmin etmək çətin məsələ idi. Lakin indi bu vəziyyət dəyişib. Bundan əlavə olaraq nifrət hissi sərgiləyən istifadəçi hesablarında da problemlər yarana bilər. Bu cür hesablar bloklanmasa da, onların paylaşımlarını axtarış sistemi vasitəsilə tapmaq qəliz olacaq. Bununla yanaşı bu cür hesablarda monetizasiya sistemi deaktiv ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər