Logo
    main-post-cover

    Twitter-də tweet-lərin redaktə edilməsi funksiyası hamı üçün istifadəyə veriləcək

    Sosial Media
    04.11.2022
        Twitter bu il tweet-lərin redaktə edilməsi funksiyasını anons etmişdi. Hər hansısa tweet-i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış tweet-i redaktə edə bilər. Lakin sözügedən funksiya Twitter Blue adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi Twitter istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.
        Belə ki, Business Insider-in verdiyi məlumata əsasən tweet-lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq. Məlumatda qeyd edilib ki, bu qərarı Twitter-in yeni sahibi olan Elon Musk verib. Bununla bağlı rəsmi məlumat hələ verilməsə də gözləntilərə əsasən tweet-lərin redaktə edilməsi funksiyası ya bu həftə ya da gələn həftə bütün istifadəçilər üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, sözügedən funksiyanın hazırlanmasına 2021-ci ildə start verilmişdi. Bu ilin aprel ayında isə sosial şəbəkə bu funksiyanı məhdud sayda istifadəçi arasında test etməyə başlamışdı.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Twitter-də tweet-lərin redaktə edilməsi funksiyası hamı üçün istifadəyə veriləcək | Technote