
Elon Musk elan edib ki, Twitter özəl mesajlarda end-to-end şifrələnmə özəlliyini əldə edib. Musk bildirib ki, sosial şəbəkə daxilindəki mesajlar bölməsində end-to-end şifrələnmənin ilkin versiyası istifadəyə verilib. Onun sözlərinə əsasən bu funksiyadan istifadə etmək olsa da, ona hələ güvənmək lazım deyil. Twitter özü də etiraf edib ki, hal hazırki mərhələdə end-to-end şifrələnməsi lazımi səviyyədə çalışmır. ümumilikdə isə belə qənaətə gəlmək olar ki, Twitter-in mesajlar bölməsində sözügedən funksiyanın lazımi səviyyəyə çatdırılması üçün tərtibatçıların qarşısında hələ çox iş var.
“Twitter internetdə ən güvənli platforma olmağa hədəflənib və özəl mesajların şifrələnməsi bu istiqamətdə əsas məqsədlərdən biridir. Musk-ın sözlərinə əsasən özəl mesajlardan söhbət gedəndə end-to-end şifrələnməsi standartı belə olmalıdır. Əgər kimsə sizin başınıza silah dayasa belə biz sizin mesajlarınızı əldə edə bilməməliyik. Biz hələ bu mərhələdə olmasaq da bunun üzərində çalışırıq” - deyə qeyd edilib. Mesajların şifrələnməsi özəlliyi hal hazırda Twitter daxilində məhdud sayda Twitter Blue istifadəçisi arasında istifadəyə verilib.