Logo
    main-post-cover

    Twitter-ə böyük həcmli məqalələr yerləşdirmək mümkün olacaq

    Sosial Media
    19.07.2023
        Elon Musk-ın verdiyi məlumata əsasən Twitter tərtibatçıları sosial şəbəkəyə böyük məqalələr yerləşdirməyə imkan verəcək yeni funksiya üzərində çalışırlar. Çox güman ki, bu yeni funksiya Articles adını əldə edəcək. İstifadəçilər onun vasitəsilə Twitter-ə uzun və qəliz məqalələri yerləşdirə biləcəklər. “İstədiyiniz halda hətta kitabı da Twitter-ə yerləşdirə biləcəksiniz” - deyə Musk qeyd edib. Gözləntilərə əsasən bu yeni funksiya kontentlərin sosial şəbəkəyə yerləşdirilməsi imkanını daha da genişləndirəcək. Keçən il Musk-ın Twitter-i almasından sonra bu sosial platforma mikrobloqlar formatından uzaqlaşmağa başladı. Belə ki, Twitter Blue istifadəçiləri artıq 10 000 simvoldan ibarət tweet-ləri paylaşmaq imkanına sahibdirlər. Articles adlı yeni funksiya isə daha uzun paylaşımların edilməsini mümkün edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Twitter-ə böyük həcmli məqalələr yerləşdirmək mümkün olacaq | Technote