main-post-cover

    Twitter-in App Store və Google Play-dən silinməsi halında Elon Musk alternativ smartfonu satışa çıxarda bilər

    Sosial Media
    27.11.2022
    Emil Nəcəfov
        Twitter-in yeni sahibi olan Elon Musk növbəti maraqlı bəyanatı ilə diqqətləri öz üzərinə çəkib. Onun sözlərinə əsasən əgər Apple ilə Google sosial şəbəkənin tətbiqini App StoreGoogle Play-dən silmək qərarına gəlsələr, o öz smartfon modelini hazırlamağa və satışa çıxartmağa məcbur olacaq. Bu cür bəyanatı Musk öz Twitter hesabında verib. Liz Wheeler adlı jurnalist öz Twitter hesabındakı paylaşımında qeyd edib ki, sosial şəbəkənin App Store və Google Play-dən silinməsi halında Musk öz smartfonunu satışa çıxartmaqda çətinlik çəkməyəcək.
        Bununla belə onun fikirlərinə əsasən ABŞ vətəndaşlarının yarısı bu halda casusluq edən iPhone Android smartfonlardan rahatlıqla imtina edə bilər. Musk isə jurnalistin bu paylaşımına cavab olaraq qeyd edib ki, sosial şəbəkənin App Store və Google Play-dən silinəcəyi halda o öz smartfonunu satışa çıxartmağa məcbur olacaq. Musk bu cür variantı istisna etməsə də, onu ən son çarə kimi görür. “Ümid edirəm ki, vəziyyət bu həddə kimi çatmaz. Lakin bunun olacağı halda bəli, mən alternativ smartfonu satışa çıxardacam” - deyə Musk qeyd edib.
    Linki kopyala