main-post-cover

    Twitter-in əsas mənfi özəlliyi aradan qaldırılacaq

    Sosial Media
    07.11.2022
    Farid Pardashunas
        Sosial şəbəkə statusuna sahib olmasına baxmayaraq Twitter paylaşımlarda məhdud sayda simvollara sahibdir. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Belə ki, Twitter-in yeni sahibi Elon Musk sosial şəbəkədə reallaşdırılacaq yenilikləri anons edib. Musk-ın sözlərinə əsasən yeni funksiya sosial şəbəkədəki paylaşımlarda olan simvol məhdudiyyətinə son qoyacaq. Lakin Twitter-dəki paylaşımlarda simvolların say məhdudiyyətinin tamamilə aradan qaldırılacağı və ya sadəcə say limitinin yüksəldiləcəyi bilinmir. Bununla yanaşı say limitinin yüksəldiləcəyi halında hansı saydan söhbət getdiyi də məlum deyil. Bununla yanaşı Musk bildirib ki, sosial şəbəkənin axtarış alqoritmi təkmilləşdiriləcək.
        Onun sözlərinə əsasən Twitter-in axtarış alqoritmi 1998-ci ilin servisinə bənzəyir. Bundan əlavə olaraq Twitter-də kontentlərin monetizasiyası üçün yeni alətlər istifadəyə veriləcək. Paylaşımlardakı simvolların say limiti ilə bağlı yeniliyin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat daha sonra təqdim ediləcək. Qeyd etmək lazımdır ki, sosial şəbəkə artıq yenilənmiş Twitter Blue abunəliyini istifadəyə verib. Yenilənmiş abunəlik üçün istifadəçilər ayda 8$ ödəməli olacaqlar. Ayda 8$ ödəməklə istifadəçilər öz hesablarını xüsusi ikon vasitəsilə təsdiqləmiş olacaqlar. Bununla yanaşı Twitter Blue abunəçiləri üçün digər funksiyalar da aktiv olacaq. Məsələn onlar daha uzun xronometraja sahib videolar paylaşa və daha az reklam elanları görə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər