Logo
    main-post-cover

    Twitter-in loqosu dəyişdi

    Sosial Media
    24.07.2023
        Keçən həftənin sonunda Elon Musk öz Twitter hesabında elan etdi ki, yaxın günlərdə sosial şəbəkənin loqosu dəyişəcək. Məşhur sosial şəbəkənin loqosundakı quş ikonu “X” simvolu ilə əvəz ediləcək. “Yaxın zamanda biz, Twitter brendi ilə sağollaşacağıq” - deyə Musk qeyd etmişdi. İndi isə məlum oldu ki, yeni loqo sosial şəbəkəyə artıq inteqrasiya edilib. Belə ki, sosial şəbəkəyə daxil olan zaman onun giriş səhifəsində X simvollu yeni loqonu görmək olar. Qeyd etmək lazımdır ki, Twitter-in yeni loqosundakı X simvolu Musk tərəfindən bu ilin mart ayında təsis edilmiş X Corp. şirkətinin adına işarə edir. Sözügedən şirkət Twitter-in şirkət adı olan Twitter Inc.-in əvəzlənməsi üçün nəzərdə tutulub və o, X Holdings Corp holdinqinin bir hissəsidir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...