Twitter-in təsisçisi Jack Dorsey-nin fikrincə Elon Musk sosial şəbəkəni almamalı idi

Twitter-in təsisçisi Jack Dorsey-nin fikrincə Elon Musk sosial şəbəkəni almamalı idi

Sosial Media
01.05.2023 PAYLAŞIM

    1 il bundan öncə Elon Musk 44 milyard dollara Twitter-i almaq istəyini açıqlamışdı. Həmin istəyin elan edilməsindən oktyabr ayına kimi Musk özünə sərf edə biləcək müqavilənin əldə edilməsinə çalışdı. Lakin nəticədə o, sosial şəbəkəni məhz 44 milyard dollara almaq məcburiyyətində qaldı. Twitter-in təsisçilərindən və keçmiş CEO-su olan Jack Dorsey ilk əvvəl Musk-ı bu məsələdə dəstəkləyirdi. Lakin bir neçə müddət bundan öncə o bildirib ki, Musk ümumiyyətlə Twitter-i almamalı idi.

    Musk tərəfindən Twitter-in alınmasından öncə Dorsey onu şirkətin illər ərzində yığılmış problemlərini həll edə biləcək yeganə insan adlandırırdı. Daha sonra Dorsey sosial şəbəkənin direktorlar şurasından ayrıldı və bir neçə müddət sonra etiraf etdi ki, o, Musk-a direktorlar şurasında yer təklif etmişdi. Başqa sözlə desək, Dorsey müəyyən müddət ərzində Musk-ın Twitter rəhbəri qismində çalışması ideyasına yaxşı baxırdı. Bu ilin əvvəlində Dorsey öz yeni sosial şəbəkəsini istifadəyə verdi.


    Onun yeni sosial şəbəkəsi Bluesky adlanır. Keçən həftə istifadəçilər Bluesky-da Dorsey-dən onun, Musk-ı doğru Twitter rəhbəri hesab edib-etmədiyini soruşdular. Dorsey isə öz növbəsində mənfi cavab verib. “Xeyr. Mən həmçinin düşünürəm ki, o bunun üçün düzgün zamanın olmadığını anlayandan sonra özünü heç də düzgün şəkildə aparmadı. Üstəlik mən düşünürəm ki, direktorlar şurası sosial şəbəkənin satılmasına bu qədər təkid etməməli idilər” - deyə Dorsey qeyd edib.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×