
Twitter-in yaradıcısı internetsiz çalışan Bitchat adlı messenceri təqdim edib
Sosial Media
07.07.2025
Emil
Twitter-in yaradıcısı və hazırda Block şirkətinin rəhbəri olan Jack Dorsey internet bağlantısı olmadan mesaj göndərməyə imkan verən qeyri-adi ünsiyyət tətbiqi - Bitchat adlı mesenceri təqdim edib. Bu messencer Bluetooth üzərindən işləyir və cihazların birbaşa bir-birinə mesaj ötürdüyü, “mesh” adlanan şəbəkə yaradır. WhatsApp və ya Telegram kimi adi mesencerlərdən fərqli olaraq, Bitchat nə telefon nömrəsi, nə də qeydiyyat tələb etmir. Hətta yazışmaların saxlandığı serverlər də yoxdur. Bütün məlumatlar cihazdan cihazadək birbaşa ötürülür və çatdırıldıqdan sonra silinir.

Mesajlar şifrələnir ki, bu da ünsiyyəti məxfi edir, həmçinin çatları şifrələr ilə qorumaq mümkündür. Bu o deməkdir ki, mesajlar digər cihazlar vasitəsilə ötürülsə belə, onları kənar şəxslər oxuya bilməz. Əgər Bluetooth siqnalı mesajın birbaşa ünvan sahibinə çatması üçün kifayət etmirsə, o zaman mesaj avtomatik olaraq yaxınlıqdakı digər cihazlar vasitəsilə ötürülür, ta ki hədəfə çatana qədər. Bu üsulla, ətrafda istifadəçi sayı nə qədər çox olsa, mesaj da bir o qədər uzağa və sürətlə çata bilər. Cihaz mesajların fraqmentlərini müvəqqəti olaraq yadda saxlaya bilər ki, alıcı hələ siqnal əhatəsində deyilsə, onları sonradan ötürsün.

Gələcəkdə tərtibatçılar daha böyük ölçülü mesajların ötürülməsi üçün Wi-Fi dəstəyini əlavə etməyi planlaşdırırlar. Bu xidmət xüsusilə əlaqənin olmadığı və ya yükləndiyi yerlərdə - məsələn, kütləvi tədbirlərdə və ya təbii fəlakət zonalarında - faydalı ola bilər. Həmçinin, internetə və mesencerlərə dövlət tərəfindən məhdudiyyətlərin tətbiq edildiyi ölkələrdə potensial istifadə üçün əlverişli ola bilər. Dorsey-nin sözlərinə görə, tətbiqin məqsədi etibarlı, məxfi və infrastrukturdan asılı olmayan rabitənin mümkün olduğunu göstərməkdir. Hazırda Bitchat beta versiyada test üçün əlçatandır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
