main-post-cover

    Twitter-in yaradıcısı öz ilk tweet-ni külli miqdarda vəsaitə satıb

    Sosial Media
    23.03.2021
    Farid Pardashunas
        Twitter-in yaradıcısı olan Jack Dorsey öz ilk tweet-ni 2.9 milyon dollar qiymətinə əvəz edilməyən token (NFT) şəklində satıb. Valuable adlı ticarət platformasındakı məlumata əsasən Jack Dorsey-nin ilk tweet-i Malayziyanın Bridge Oracle adlı startapının CEO-su Sina Estavi tərəfindən alınıb. Nəticədə həmin şəxs Jack Dorsey-nin ilk tweet-nin unikal rəqəmsal sertifikatını əldə edəcək. Həmin sertifikat Jaack Dorsey tərəfindən imzalanıb və təsdiqlənib. Qeyd etmək lazımdır ki, 15 il bundan öncə paylaşılmış tweet isə Jack Dorsey-nin Twitter hesabında olduğu kimi qalacaq. Dorsey öz ilk tweet-ni mart ayının əvvəlində hərraca çıxartmışdı. Həmin vaxtda o qeyd etmişdi ki, satışdan əldə olunacaq bütün vəsaiti Africa Response adlı proqrama yatıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər