main-post-cover

    Twitter-in yeni istifadəçiləri göy təsdiq ikonunu qeydiyyatdan 90 gün sonra əldə edə biləcəklər

    Sosial Media
    18.11.2022
    Farid Pardashunas
        Twitter-dən istifadə qaydaları dəyişməkdə davam edir. Bu dəfə sosial şəbəkənin siyasəti elə şəkildə dəyişib ki, yeni Twitter istifadəçiləri göy rəngli təsdiq ikonunu əldə etmək üçün 90 gün gözləməli olacaqlar. Beləliklə yeni Twitter istifadəçiləri Twitter Blue abunəliyini qeydiyyatdan 90 gün sonra əldə edə biləcəklər. Twitter-in fikrincə bu üsul saxta istifadəçi hesabları və təsdiqləmə ikonuna sahib istifadəçi hesabları tərəfindən yayılan spamlar ilə daha yaxşı mübarizə aparmaq imkanını verəcək. “Bir neçə müddət bundan öncə qeydiyyatdan keçmiş yeni Twitter istifadəçiləri 90 gün ərzində tədiqləmə ikonunu əldə edə bilməyəcəklər. Gələcəkdə biz, öncədən heç bir xəbərdarlıq etmədən yeni istifadəçilər üçün gözləmə müddətlərini təyin edə bilərik” - deyə Twitter qeyd edib.
        Hələ bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, 9 noyabr tarixindən sonra qeydiyyatdan keçmiş Twitter istifadəçiləri aylıq 8$-a başa gələn Twitter Blue abunəliyini ala bilməyəcəklər. Qeyd etmək lazımdır ki, yeni Twitter Blue versiyasının istifadəyə verilməsindən sonra sosial şəbəkədə  təsdiqləmə ikonuna sahib çoxlu sayda saxta istifadəçi hesabları peyda olmağa başladılar. Həmin saxta hesablar özlərini məşhur brendlər, şəxslər və siyasətçilər kimi qələmə verirdilər. Twitter öz növbəsində sosial şəbəkə daxilində dezinformasiya və saxta hesablarla yeni mübarizə üsullarının axtarışındadır. Elon Musk Twitter Blue abunəliyinin 29 noyabr tarixində yenidən aktivləşəcəyini elan edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər