Twitter kontent müəllifləri üçün yeni monetizasiya üsulunu aktivləşdirib

Twitter kontent müəllifləri üçün yeni monetizasiya üsulunu aktivləşdirib

Sosial Media
01.05.2023 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə Twitter sosial şəbəkə daxilində fəaliyyət göstərən kontent müəllifləri üçün yeni monetizasiya üsulunun istifadəyə veriləcəyini elan etmişdi. İndi isə sosial şəbəkə bu imkanı aktivləşdirib. Bundan sonra kontent müəllifləri paylaşacaqları paylaşımlara görə müəyyən miqdarda gəlir əldə edə biləcəklər. Kontent müəllifləri öz abunəçiləri üçün ödənişli abunəlikləri istifadəyə verə bilərlər. Həmin ödənişli abunəliklər çərçivəsində isə istifadəçilər kontent müəlliflərinin eksklüziv kontentlərini izləyə biləcəklər.

    Ödənişli abunəlik çərçivəisndə paylaşılaşacaq eksklüziv kontentlər xüsusi işarəyə sahib olacaqlar. Twitter daxilində monetizasiya üsulunun aktivləşdirilməsi üçün bir neçə şərt var. İlk növbədə kontent müəllifinin 18 yaşı olmalıdır. Bundan əlavə olaraq o, minimum 500 nəfər abunəçiyə və son 30 gün ərzində paylaşılmış minimum 25 ədəd paylaşıma sahib olmalıdır.


    Kontent müəllifləri öz eksklüziv kontentlərinin paylaşılacaq ödənişli abunəliklərin aylıq qiymətlərini özləri təyin edəcəklər. Lakin Twitter də bu məsələdə öz komissiyasını götürəcək. Sosial şəbəkənin əldə edəcəyi komissiya 3% təşkil edəcək. Söhbət, əldə edilmiş 50 000$ gəlir halındakı 3%-lik komissiyadan gedir. Əgər kontent müəllifi 50 000$-dan daha çox gəlir əldə edərsə, bu zaman sosial şəbəkənin əldə edəcəyi komissiya 20% təşkil edəcək. Twitter daxilində istifadəyə verilmiş monetizasiya üsulu artıq 100 ölkədə aktivdir.



DAHA ÇOX


Whatsapp-ın beta versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası i..

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə etməyə başlayıblar.


Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər ..


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.

×