Logo
    main-post-cover

    Twitter məhdudlaşdırılan tweet-ləri xüsusi işarə ilə işarələyəcək

        Twitter sosial şəbəkə moderatorları tərəfindən məhdud şəkildə görülməsi təyin edilən tweet-ləri işarələyəcək. Bu addım Twitter istifadəçilərinin sosial şəbəkədə arzuolunmaz kontentləri görmələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Bu və ya digər tweet üçün təyin edilmiş xüsusi məhdudlaşdırıcı işarə həm tweet-i paylaşmış şəxs həm də adi istifadəçilər tərəfindən görüləcək. Adətən bu cür tweet-lər sosial şəbəkə qaydalarını pozduqları üçün onlar məhdudlaşdırılmaya məruz qalırlar.
        Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, bu cür tweet-lər Twitter-in axtarış sorğularında, ana səhifədə və “For You” bölməsində də əks olunmayacaqlar. Twitter öz növbəsində bu cür tweet-lərin yanında reklam elanları yerləşdirməyəcək. Məlumatda qeyd edilib ki, tweet-lərin işarələnmələrində müəyyən problemlər ola bilər və əgər istifadəçi öz tweet-nin heç bir qaydanı pozmadığını düşünürsə, o, dəstək xidməti vasitəsilə bunu aydınlaşdıra bilər. Lakin dəstək xidmətinə müraciət tweet-dən məhdudlaşdırıcı işarənin dəqiq şəkildə qaldırılacağına zəmanət vermir.
    Paylaş
    Bənzər xəbərlər