Logo
    main-post-cover

    Twitter öz platforması daxilində Threads linklərini axtarış nəticələrində bloklamağa başlayıb

        Twitter daxilində yeni rəqib platforma olan Threads ilə bağlı istənilən link axtarışı zamanı istifadəçilər aşkar ediblər ki, Twitter həmin axtarışların nəticələrini məhdudlaşdırır. Bu, Twitter-də Threads kontentlərinə olan linklərin çoxlu sayda ortaya çıxmasının fonunda baş verib. Bu problemlə qarşılaşmaq üçün “url:” axtarış operatorundan istifadə etmək kifayətdir. Bu axtarış operatoru müəyyən saytlara olan linklərin axtarılmasında yardımçı olur. Bu axtarış operatoru hətta adları gizlədilmiş resursları da görür. Lakin tweet-lərin çox hissəsinin “url:threads.net” domeninə yönləndirilən linklərə sahib olmasına baxmayaraq onun axtarışı zamanı heç bir nəticə ortaya çıxmır. Burdan da belə qənaətə gəlmək olar ki, Twitter administrasiyası yenicə istifadəyə verilmiş Threads ilə rəqabət aparmaq üçün onu öz platformasında aqressiv şəkildə bloklamağa çalışır.
    Paylaş
    Bənzər xəbərlər