
Twitter öz reklam gəlirlərinin bir hissəsini kontent yaradıcılarına ödəməyə başlayıb
Sosial Media
14.07.2023
Emil
Twitter öz reklam gəlirlərinin bir hissəsinin məşhur tweet-lərin müəlliflərinə ödənilməsinə start verib. Söhbət, həmin məşhur tweet-lərə olan cavablarda sərgilənən reklamlardan əldə edilən gəlirin bir hissəsindən gedir. Qeyd etmək lazımdır ki, sosial şəbəkənin reklam gəlirlərindən əlavə vəsaitin əldə edilməsi proqramından yalnız Twitter Blue abunəçiləri istifadə edə bilərlər. Bu proqramda iştirak etmək üçün olan əsas şərtlərdən biri də odur ki, son 3 ay ərzində istifadəçinin tweet-ləri hər ay 5 milyon istifadəçi tərəfindən baxılmış olsun.
Elon Musk-ın sözlərinə əsasən məşhur tweet-lərin müəlliflərinə reklam gəlirlərinin bir hissəsinin ödənilməsi üzrə ilk raund çərçivəsində müəlliflərə ümumilikdə 5 milyon dollar ödəniləcək. Vəsaitlər müəlliflərə Stripe servisi üzərindən ödəniləcək. Twitter-in bəzi məşhur istifadəçilərinin sözlərinə əsasən sözügedən proqram çərçivəsində olacaq ödənişlər sözün əsl mənasında diqqəti cəlb edəcək səviyyədə ödənişlər ola bilərlər. Məsələn Twitter-də 750 000 abunəçiyə sahib Brian Krassenstein adlı yazıçının sözlərinə əsasən sosial şəbəkə ona 24 305$ vəsait ödəyib.
1.7 milyon abunəçiyə sahib siyasi köşə yazarı Benny Johnson isə bildirib ki, o, Twitter-dən 9546$ vəsait əldə edib. Məşhur kontent müəlliflərinə ödənilən vəsaitin məbləğinin necə hesablandığı bilinmir. Məsələn 710 000 abunəçiyə sahib Ashley St. Clair adlı Twitter istifadəçisi bildirib ki, o, sosial şəbəkədən 7153$ vəsait əldə edib. Bununla yanaşı onun hesablamalarına əsasən bu ilin fevral ayından iyun ayına kimi onun tweet-ləri təqriobi olaraq ümumilikdə 840 milyon baxış yığıblar. Əgər bu həqiqətən də belədirsə, deməli Twitter ona hər min baxışa görə 0.0085$, və ya hər milyon baxışa görə 8.52$ ödəyib.
Paylaş
Bənzər xəbərlər