Logo
    main-post-cover

    Twitter Threads ilə mübarizə aparacaq

        Bir neçə müddət bundan öncə Twitter-dəki yeni CEO vəzifəsinə təyin edilmiş Linda Yaccarino istifadəçi kütləsi uğrunda Threads adlı yeni servisə qarşı mübarizəyə hazırlaşır. Cəmi 5 günə 100 milyon istifadəçi kütləsini yığmış Threads servisi Twitter-in bazardakı mövqelərinə təsir göstərə bilər. Bu isə öz növbəsində Linda Yaccarino-nun Twitter-ə yeni reklamçıları cəlb etmək imkanına kölgə sala bilər. Threads ilə Twitter arasındakı mübarizə bəzi hallarda Mark Zuckerberg ilə Elon Musk arasındakı mübarizəyə bənzəyir.
        “Keçən həftə bizim trafikimiz fevral ayından indiyənə kimi ən yüksək göstəricidə idi. Siz də bilirsiniz ki, yalnız bir ədəd Twitter mövcuddur. Mən də bunu bilirəm” - deyə Linda Yaccarino qeyd edib. Qeyd etmək lazımdır ki, Twitter-in yeni CEO-su vəzifəsinə keçid edəndən sonra Yaccarino-nun ilk əsas işi reklamçıları sosial şəbəkəyə qaytarmaq idi. Lakin Threads-in qısa müddət ərzində məşhurlaşması bu cəhdləri heç edə bilər. Hələ dünən məlumat ortaya çıxdı ki, Threads-in istifadəyə verildiyi ilk günlər ərzində Twitter-in trafikində enişlər müşahidə edilib.
    Paylaş
    Bənzər xəbərlər