Logo
    main-post-cover

    'Uber'in keçmiş CEO-su Travis Kalanick-i fırıldaqçılıqda ittiham edərək məhkəməyə verdilər

    Sosial Media
    11.08.2017
    Emil

    “Benchmark Capital” vençur şirkəti, “Uber”in keçmiş CEO-su Travis Kalanick-i məhkəməyə verib.

    Travis-in məhkəməyə verilməsinin əsas məqsədi isə onun, şirkətin direktorlar şurasından uzaqlaşdırılmasına və şirkətə olan təsir imkanlarının əlindən alınmasına nail olmaqdır. “Benchmark Capital”ın fikrincə Travis, özünə sadiq olan adamları şirkətə daxil etməyə çalışır. İttihamı qaldırmış insanların fikrincə bu üsulnan Travis, CEO vəzifəsində olduğu vaxtlarda öz fəaliyyət nəticələrinin analizinə mane olur və yenidən şirkətə qayıtmaq üçün özünə yol açır. İttihamçılar onun, direktorlar şurasındakı üzvlüyünün ləğv olunmasını və beləliklə şirkətə olan təsirinin tamamilə aradan qaldırılmasını tələb edirlər. Bundan əlavə olaraq ittiham ərizəsində qeyd olunub ki, Kalanick, idarə heyətinin sədri vəzifəsində şirkətdəki hakimiyyətini qorumaq üçün öz səlahiyyətlərindən suistifadə etmişdir. “Benchmark Capital”ın bildirdiyinə görə o, şirkətin ən böyük səhmdarlarından biridir və ona səhmlərin 13%-i ilə səsverənlərin 20%-i məxsusdur. Kalanick-in təmsilçiləri öz növbəsində bu ittihamların əsassız olduğunu və həmin ittihamların sadəcə olaraq Kalanick-i təsisçi hüquqlarından və səhmlərdən uzaqlaşdırmaq üçün bir tədbir olduğunu bildiriblər.
    Paylaş
    Bənzər xəbərlər