
Uşaqlıq vaxtlarında məşhur sahibkarlar necə pul qazanırdılar?
Sosial Media
10.09.2017
Emil
Hələ uşaq ikən Jeff Bezos, Warren Buffett və Richard
Branson, öz sahibkarlıq ruhlarını işə salmışdılar. İllər ərzində həmin
sahibkarlıq ruhu daha da möhkəmlənmiş və onlara milyardlarla dollar gəlir əldə
etməyə yadımçı olmuşdur. Məşhur sahibkarların uşaqlıq illərində yaratdıqları
biznes məhz bu cür olmuşdur.
Ingvar Kamprad (“IKEA”nın təsisçisi):

Gənc yaşlarında bu şirkətin təsisçisi, velosiped vasitəsilə
rayonlarda gəzir və insanlara kibrit satırdı. İlk öncə o, kibritləri böyük
partiyalarla ucuz qiymətə alır, daha sonra onların üzərinə bir qədər qiymət
artımı tətbiq edib münasib qiymətə satırdı. Sonradan Ingvar ev üçün lazım olan
digər əşyaları da satmağa başladı və 17 yaşında “IKEA” şirkətini təsis etdi.
Jeff Bezos (“Amazon”un
təsisçisi):

Öz gənc illərində Jeff Bezos, rəfiqəsi ilə DREAM Institute
adlı yay düşərgəsi yaratmışdı. Həmin düşərgədə 10 gün qalmaq, 600$-a başa gəlirdi.
Bu müddət ərzində onlar uşaqlara qara dəliklər, Qulliverin səyahəti və nüvə
müharibəsindən danışırdılar. Nəticədə onların düşərgəsinə cəmi 6 nəfər
yazılmışdı.
Max Levchin (“PayPal”ın həmtəsisçisi):

Uşaqlıqda Levchin, proqramlaşdırma ilə maraqlanırdı. Lakin
onun kompüteri yox idi. Eşidəndə ki, hökümət, yerli məktəbə kompüterlər hədiyyə
edib, lakin orda proqramçılar çatışmır, o dərhal ora işə düzəlmişdi. Öz əməyi
hesabına Levchin, işdən sonra kompüter sinifində qalma və istədiyi işlə məşğul
olma imkanını qazanmışdı.
Michael Dell (“Dell” şirkətinin təsisçisi):

Kollecdəki təhsili zamanı Dell, öz dostu ilə birlikdə
kompüterlər yığıb onları mağazalardakı qiymətlərdən daha ucuza satırdı. Müəyyən
vaxtdan sonra o öz işini əsl biznesə çevirərək şirkət yaratdı və onu öz şərəfinə
adlandırdı. Həmin vaxtdan onun soyadı, kompüterlərlə bir səviyyədə durur.
Richard Branson (“Virgin Group” beynəlxalq şirkətlər konqlomeratının təsisçisi):

16 yaşında Branson, öz təhsilini dayandırdı və Student adlı
jurnal yaradaraq ilk biznesini qurdu. Nəşriyyat, gənclər üçün nəzərdə tutulmuş
auditoriya arasında yeni nəfəs effektini yaratmışdı. Belə ki, jurnal, insanlara
özlərinin azad fikirlərini deməyə imkan verir və müasir mədəniyyət haqqında məlumat
verirdi. Jurnalın ilk bir neçə buraxılışından sonra məktəb direktoru ona məktub
göndərmişdi. Həmin məktubda növbəti cümlələr əks olunmuşdu: “Sən ya türməyə düşəcəksən,
yada milyoner olacaqsan” – deyə məktubda bildirilmişdi.
Warren
Buffett (İnvestor):

Gənc vaxtlarında Warren, qəzet paylayır, saqqız, qolf üçün
nəzərdə tutulmuş toplar satırdı. Əldə olunmuş vəsaitlərin hesabına o, 3 ədəd
pinbol oyun avtomatı almış və onları kişi bərbərxanalarında yerləşdirmişdi.
Sonradan isə o, həmin oyun avtomatlarını, müharibə veteranına 1200$ qiymətinə
satmışdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
