Logo
    main-post-cover

    Valideynlər TikTok-da arzuolunmaz videoları açar sözlər vasitəsilə övladları üçün məhdudlaşdıra biləcəklər

    Sosial Media
    30.06.2023
        TikTok tərtibatçıları sosial şəbəkənin Family Pairing adlı sisteminə yeni funksiyanı əlavə ediblər. Qeyd etmək lazımdır ki, Family Pairing valideynlərin hesabları ilə uşaqların hesablarını birləşdirmək imkanını verir. Bunun sayəsində valideynlər öz övladlarının TikTok-da izlədikləri kontentlərə nəzarət edə və onların konfidensiallıqlarını ayarlaya bilərlər. Family Pairing-ə əlavə edilmiş yeni funksiya isə TikTok daxilində uşaqlara məsləhət görülən və sərgilənən videolar ilə hashtag-lardan arzuolunmaz xarakter daşıyanlarının açar sözlər vasitəsilə avtomatik şəkildə bloklanmasını mümkün edəcək.
        Yeni funksiya sayəsində valideynlər öz övladları tərəfindən izlənən bu və ya digər kontentin əslində arzuolunmaz kontent olduğu ehtimalını aşağı sala biləcəklər. Family Pairing sisteminə əlavə edilmiş bu yeni funksiya mart ayından hazırlanır və TikTok onun hazırlanma prosesinə hətta kənar mütəxəssisləri də cəlb edib. Məlumatda qeyd edilib ki, açar sözlər artıq 13-17 yaşında yeniyetmələr üçün arzuolunmaz kontentləri məhdudlaşdıran TikTok Content Levels sisteminə əlavə olunan əlavə laydır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Valideynlər TikTok-da arzuolunmaz videoları açar sözlər vasitəsilə övladları üçün məhdudlaşdıra biləcəklər | Technote