main-post-cover

    Videoçat platforması olan Microsoft Teams-in pulsuz versiyası istifadəyə verilib

    Sosial Media
    18.05.2021
    Farid Pardashunas
        Məşhur korporativ platforma olan Microsoft Teams-in fərdi istifadə üçün nəzərdə tutulmuş pulsuz versiyası təqdim olunub. Bununla belə pulsuz versiya birgə tapşırıqların planlaşdırılması üçün nəzərdə tutulmuş bir sıra vacib funksiyanı özündə qoruyub saxlayıb və 300 nəfər insanın iştirakı ilə videoçat yaratmağa imkan verir. Videozənglərdən əlavə olaraq Microsoft Teams platforması özündə faydalı funksiyaları birləşdirir. Məsələn, qrup çatında olan zaman iştirakçılar ümumi iş, tapşırıq və tədbir siyahısı yarada bilərlər. Qrup çatının bütün iştirakçıları isə bu siyahıya nəzər salmaq və onu redaktə etmək imkanına sahib olurlar. Bununla yanaşı Microsoft Teams-də istifadəçilər öz aralarında foto, fayl və veb link mübadiləsi də apara bilirlər.
    Microsoft Teams
        Valideynlər bu platformadan istifadə edərək övladları ilə ünsiyyət qurmaqdan əlavə olaraq onların yerləşdikləri yerləri də təyin edə bilirlər. Videoçat zamanı söhbətə emosional auranın əlavə edilməsində animasiyalı fotolar və GIF-lər yardımçı olurlar. Pandemiya dövrü ərzində pulsuz versiyada yaradılmış videoçatlarda 300 nəfər insan iştirak edə bilər. Daha sonra pulsuz versiyada bu göstərici 100 nəfərə kimi limitlənəcək və videoçatın keçirilmə müddəti 60 dəqiqəyə endiriləcək. İki nəfərin iştirakı ilə keçiriləcək ünsiyyətin keçirilmə müddət isə 24 saat təşkil edəcək. Microsoft Teams-in fərdi istifadə üçün nəzərdə tutulmuş pulsuz versiyası artıq Windows, macOS, Linux, Android iOS-də aktivdir. Bundan əlavə olaraq platformanın veb versiyasından da istifadə etmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər