Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər

Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər

Sosial Media
19.05.2021 PAYLAŞIM

    Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MeitY) Whatsapp-a yeni konfidensiallıq siyasətindən imtina etmək əmrini verib. Əks halda Hindistan hökuməti qanuni tədbirlər görmək məcburiyyətində qalacaq. Dünən nazirlik Whatsapp rəhbərliyinə belə bir məktub göndərib və qənaətbəxş cavabın verilməsi üçün messencerə 7 gün vaxt verib. Bu barədə Techcrunch saytı xəbər verib. “Hindistanlı vətəndaşların hüquqlarını və maraqlarını qorumaq üzrə suveren məsuliyyətini yerinə yetirərək Hindistan hökuməti mövcud olan qanunlar çərçivəsində mümkün olan bütün variantları nəzərdən keçirdəcək” - deyə rəsmi məlumatda qeyd olunub.

    Paralel olaraq Dehli şəhərinin Ali məhkəməsi Whatsapp-ın yeni konfidensiallıq siyasəti üzrə olan işə nəzarət edir. Ölkənin yerli antimonopoliya orqanları isə bu mövzu ilə bağlı araşdırmalar aparırlar. Buna cavab olaraq Whatsapp bildirib ki, Hindistanda olan bir çox şirkət eyni siyasətə riayət edir. Hələ bir neçə müddət bundan öncə Hindistan hökuməti Whatsapp-ın yeni konfidensiallıq siyasətinin tələblərindən narahat olduğunu qeyd etmişdi. Bundan əlavə olaraq Hindistan hökumətini qane etməyən fakt ondan ibarətdir ki, Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları yeni qaydaların məcburi şəkildə qəbul edilməsi öhdəliyindən azad olunublar.


    Hökumətin fikrincə bu üsul ilə messencer hindistanlı istifadəçiləri diskriminasiya edir. Qeyd etmək lazımdır ki, yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin müəyyən məlumatları Facebook şirkətinə ötürüləcək. Facebook dəfələrlə qeyd edib ki, bu yeni qaydalar istifadəçilərin mesajlarını əhatə etməyəcək və onlar həmişəki kimi end-to-end şifrələnmə ilə qorunacaqlar. Hindistan Whatsapp üçün 1 nömrəli bazardır. Belə ki, Hindistanda 450 milyondan çox Whatsapp istifadəçisi var. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq..

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır...


Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosi..


Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..

×