
Whatsapp-a animasiyalı emojilərin dəstəyi əlavə ediləcək
Sosial Media
18.04.2023
Whatsapp-da yeni funksiyanın testinə start verilib. Söhbət, animasiyalı emojilərdən gedir. Sözügedən funksiya messencerin yeni beta versiyasında aşkar edilib. Məlumatda qeyd edilib ki, Whatsapp-da animasiyalı emojilərin dəstəyi Lottie formatının istifadəsi ilə reallaşdırılıb. Whatsapp-da reallaşdırılmış animasiyalı emojilər Telegram-dakı animasiyalı emojiləri xatırladırlar. Çox güman ki, Whatsapp-da sözügedən yeni funksiya yaxın zamanda istifadəyə veriləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...